Xarici investorların cəlbi, startap ekosistemi ilə bağlı müzakirələr

Xarici investorların cəlbi, startap ekosistemi ilə bağlı müzakirələr

BİZNES
451

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Amerika Birləşmiş Ştatlarının Nevado Universiteti arasında görüş keçirilib.

"Fins.az"xəbər verir ki,tədbirdə Nevado Universitetinin professoru, Özmen Sahibkarlıq Mərkəzinin direktoru, Beynəlxalq Biznes Proqramları üzrə mütəxəssis Mehmet Tosun, İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva iştirak ediblər.

Görüşdə Azərbaycanda biznes mühiti və sahibkarlıq, beynəlxalq investisiyalar və xarici investorların cəlbi, innovasiya və startap ekosistemi haqqında fikir mübadiləsi aparılıb, həmçinin Nevado Universiteti və “EnterpriseAzerbaijan” arasında çoxsahəli əməkdaşılığa dair məsələlər müzakirə olunub.

Qeyd edək ki, İİTKM ilə Nevado Universiteti arasında anlaşma memorandumu 2021-ci ildə qüvvəyə minib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xarici investorların cəlbi, startap ekosistemi ilə bağlı müzakirələr — Fins.az — Fins.az