Xankəndidə məşğulluq hotellər və istehsalat müəssisələri hesabına formalaşır

Xankəndidə məşğulluq hotellər və istehsalat müəssisələri hesabına formalaşır

BİZNES
446

Hazırda Xankəndi şəhərində 24 minə yaxın əhali yaşayır və şəhərdə iqtisadi aktivliyin artırılması istiqamətində müxtəlif xidmət və istehsal sahələri fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Xankəndidə 25-ə yaxın hotel fəaliyyət göstərir. Şəhərdə hotellər, restoranlar və istehsalat müəssisələri məşğulluğun formalaşmasında mühüm rol oynayır.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə dövründə yenidənqurma məsələləri müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xankəndidə məşğulluq hotellər və istehsalat müəssisələri hesabına formalaşır — Fins.az — Fins.az