WUF13 üçün “yaşıl zolaq” və VAP sistemi tətbiq olunub - Vüqar Aslanov

WUF13 üçün “yaşıl zolaq” və VAP sistemi tətbiq olunub - Vüqar Aslanov

BİZNES
407

WUF13 tədbiri ilə bağlı nəqliyyat əməliyyatlarının idarə olunması üçün rəqəmsal nəqliyyat xəritəsi hazırlanıb.

Fins.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov Vüqar Aslanov WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə bildirib.

O qeyd edib ki, bu xəritə real vaxt rejimində iştirakçılara bütün nəqliyyat planını təqdim edir. Xəritədə rəsmi hotellər, nəqliyyat mübadilə mərkəzləri, marşrutlar və onların cədvəlləri barədə məlumatlar yer alır.

O bildirib ki, tədbirlə bağlı VAP portalı və “yaşıl zolaq” sistemi də tətbiq olunub. VAP sistemi vasitəsilə nəqliyyat vasitələrinin əraziyə giriş və parklanması tənzimlənir, yalnız icazəsi olan nəqliyyat vasitələri əraziyə buraxılır və sistem dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Vüqar Aslanov əlavə edib ki, tədbirdə inklüziv və dayanıqlı nəqliyyat prinsipləri də nəzərə alınıb. Fiziki məhdudiyyətli şəxslər üçün əlçatanlıq nəqliyyat mübadilə mərkəzlərində, şəhər avtobuslarında və Bakı Olimpiya Stadionunda təmin olunub və onlar üçün uyğun nəqliyyat həlləri hazırlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
WUF13 üçün “yaşıl zolaq” və VAP sistemi tətbiq olunub - Vüqar Aslanov — Fins.az — Fins.az