Vüsal Qasımlı: “İİTKM 2025-ci ildə dövlət proqramları üzrə 32 hesabat hazırlayıb”

Vüsal Qasımlı: “İİTKM 2025-ci ildə dövlət proqramları üzrə 32 hesabat hazırlayıb”

BİZNES
240

İİTKM-də 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Finss.az xəbər verir ki, tədbirdə Mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı 2025-ci ildə görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilir ki, 2025-ci ildə İİTKM tərəfindən dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlanıb, 100-dən çox tədbir icra olunub. Hazırda Mərkəzin monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı 24-dür.

Dövlət proqram idarəetməsi üzrə vahid elektron hesabatlılıq portalı yaradılıb, 200-dən çox dövlət qurumunun məlumatları bu sistemə inteqrasiya edilib. Eyni zamanda, indikator əsaslı planlaşdırma üzrə 260-dan artıq görüş keçirilib. Monitorinq mexanizmlərinin rəqəmsallaşdırılması dövlət proqramlarının icrasına operativ nəzarət imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib.

Dövlət proqramlarının icrasının daha sistemli izlənilməsi məqsədilə “Layihə idarəetməsi” modulu yaradılıb. Bu modul vasitəsilə təxminən 1500 layihənin icrası monitorinq və qiymətləndirmə prosesinə cəlb olunub ki, bu da risklərin vaxtında müəyyənləşdirilməsinəqərarvermənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

İİTKM dövlət proqram idarəetməsində tətbiq etdiyi yeniliklərə görə ABŞ, Böyük Britaniya, BƏƏ və Asiya regionunda fəaliyyət göstərən nüfuzlu media qurumları və beyin mərkəzləri tərəfindən 10-dan artıq beynəlxalq mükafata layiq görülüb.

2025-ci ildə “Azexport.az” platforması üzərindən ixrac sifarişlərinin sayı 3200-ə çatıb, 763 sahibkara sərbəst satış sertifikatı təqdim olunub. “Enterprise Azerbaijan” portalında 141 startap və 15 ölkə üzrə iştirak qeydə alınıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə isə 3451 sahibkar müraciəti daxil olub.

Mərkəzin elmi-analitik fəaliyyəti çərçivəsində 12 “İxrac icmalı”, 7 “İslahat icmalı”, 106 videoicmal, 44 həftəlik icmal, 8 dildə “Türk iqtisadi icmalı”nın 4 sayı, “İqtisadi islahatlar” jurnalının 2 buraxılışı, 7 kitab nəşr olunub. Bundan əlavə, “Scopus” və “Web of Science” bazalarında indekslənmiş 17 elmi məqalə dərc edilib.

İİTKM-in OECD və CAREC İnstitutu ilə əməkdaşlığı nəticəsində “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” adlı kitab Rumıniyada, “İslam ölkələrinin iqtisadi potensialı” adlı iki cildlik tədqiqat əsəri isə Böyük Britaniyanın nüfuzlu “Emerald” nəşriyyatı tərəfindən çap edilib.

Bununla yanaşı, Azərbaycan İlahiyyat İnstitutu ilə “Halal iqtisadiyyat”, Bakı Dövlət Universiteti ilə “İctimaiyyətlə əlaqələrin əsasları”, Azərbaycan Mərkəzi Bankı, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə “InsurTech” adlı dərs vəsaitləri nəşr olunub.

İnsan resurslarının inkişafı məqsədilə 40-dan çox beynəlxalq təlimdə iştirak təmin edilib, 570 könüllü proqramlara cəlb olunub. Beynəlxalq əməkdaşlıq çərçivəsində 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vüsal Qasımlı: “İİTKM 2025-ci ildə dövlət proqramları üzrə 32 hesabat hazırlayıb” — Fins.az — Fins.az