Vüqar Gülməmmədov yenidən seçildi

Vüqar Gülməmmədov yenidən seçildi

BİZNES
586

Bakı 11dekabr   Fins.az

Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı əsasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

Fins.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin  edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Azərbaycan Respublikası Hesablama Palatasının sədri seçilib.

Qeyd edək ki, V.Gülməmmədov hazırda Hesablama Palatasının sədridir. O, 2013- cü ildən bu vəzifəyə rəhbərlik edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vüqar Gülməmmədov yenidən seçildi — Fins.az — Fins.az