Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edildi

Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edildi

BİZNES
361

Daha bir Vətən Müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.  

"Fins.az" xəbər verir ki, bu barədə  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayımlayıb. 

Məlumata görə, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Nəriman Zamanov KOBİA-nın Tovuz şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib. O “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qeyd edək ki, bundan əvvəl də bir neçə Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edildi — Fins.az — Fins.az