Vergilər Nazirliyi işçiləri ixtisar edənlərə xəbərdarlıq edib

Vergilər Nazirliyi işçiləri ixtisar edənlərə xəbərdarlıq edib

BİZNES
843

Vergilər Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.
Nazirlikdən fins.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

“Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vergilər Nazirliyi işçiləri ixtisar edənlərə xəbərdarlıq edib — Fins.az — Fins.az