Vergi sistemi iqtisadi proseslərə dəyər yaradan institut olmalıdır - Orxan Nəzərli

Vergi sistemi iqtisadi proseslərə dəyər yaradan institut olmalıdır - Orxan Nəzərli

BİZNES
713

Fins.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda çıxış edərək bildirib ki, qlobal çağırışlar vergi idarəçiliyindən yalnız fiskal nəzarət deyil, həm də sürət, şəffaflıq və effektivlik tələb edir.

Orxan Nəzərli qeyd edib ki, DVX-nin məqsədi vergi sistemini iqtisadi proseslərə istiqamət verən, dəyər yaradan instituta çevirməkdir. Bu transformasiya xarici təzyiqlərin nəticəsi deyil, daxildən başlayan strateji islahatın məhsuludur.

“2025-2028-ci illər üçün Dövlət Vergi Xidmətinin strategiyası qəbul olunub və icrasına başlanılıb. Bu strategiya idarəetmə modelimizdir. Model dəyişən iqtisadi mühitə çevik uyğunlaşmanı, aydın strateji baxışı və uzunmüddətli missiyanı özündə birləşdirir. Dörd əsas dəyər gündəlik fəaliyyətimizdə konkret qərarlara çevrilir”, – rəis vurğulayıb.

O, həmçinin düşüncə tərzi və təşkilati mədəniyyətin dəyişməsinin texnologiya və strukturdan daha vacib olduğunu qeyd edib. Şəffaflıq və etimad vergi ödəyiciləri ilə münasibətlərin təməlidir və bu olmadan dayanıqlı vergi sistemi qurmaq mümkün deyil. Hər bir strateji addımın ölçülə bilən nəticəsi olmalı və məqsəd ədalətli, şəffaf və dayanıqlı vergi sisteminin yaradılmasıdır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vergi sistemi iqtisadi proseslərə dəyər yaradan institut olmalıdır - Orxan Nəzərli — Fins.az — Fins.az