Ucuz "iPhone" buraxılacaq - TARİX VƏ QİYMƏT

Ucuz "iPhone" buraxılacaq - TARİX VƏ QİYMƏT

BİZNES
910

“Apple” şirkəti fevral ayında yeni və daha ucuz iPhone-ların istehsalına başlayacaq.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, yeni smartfon görünüşcə 2017-ci ildə buraxılmış iPhone 8 kimi olacaq.

Dünyanın ən bahalı texnologiya şirkətinin yeni iPhone-u mart ayında təqdim edəcəyi gözlənilir. Cihaz şirkətin Tayvandakı üç müəssisəsində istehsal olunacaq.

“Nikkei Asian Review” nun verdiyi məlumata görə, yeni smartfon texniki göstəricilər baxımından “Apple” in flaqmanlarından – iPhone 11 və iPhone 11 Pro -dan fərqlənməyəcək. Cihaz Touch ID əl izi və Face ID texnologiyası ilə təchiz ediləcək.

MacRumors portalı “ucuz iPhone” un 399 dollar qiymətində olacağını proqnozlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...