Türkiyə Azərbaycanla investisiya sahəsində əməkdaşlığı genişləndirəcək

Türkiyə Azərbaycanla investisiya sahəsində əməkdaşlığı genişləndirəcək

BİZNES
355

Fins.az - Türkiyə Azərbaycanla investisiya sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Bu barədə Türkiyədə Rothschild & Co şirkətinin sədri Ata Köseoğlu XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə bildirib.

Onun sözlərinə görə, Türkiyə xüsusilə hazırkı regional qeyri-sabitlik şəraitində mühüm geosiyasi mövqeyə malikdir. O qeyd edib ki, ölkə Orta dəhliz və Zəngəzur dəhlizi də daxil olmaqla iri infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir.

Ata Köseoğlu vurğulayıb ki, Türkiyə Azərbaycanla birgə investisiya fəaliyyətini daha da genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr artıq böyük miqyas alıb. Belə ki, ilin sonuna olan məlumata əsasən, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi təxminən 21 milyard dollar təşkil edib. Bundan əlavə, Azərbaycan Türkiyə iqtisadiyyatına əlavə olaraq 7 milyard dollar investisiya qoymağı planlaşdırdığını açıqlayıb.

O həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi layihələri ilə bağlı müqavilələrin əhəmiyyətli hissəsi türk şirkətləri tərəfindən icra olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə Azərbaycanla investisiya sahəsində əməkdaşlığı genişləndirəcək — Fins.az — Fins.az