TotalEnergies Yaxın Şərqdə istehsalın 15%-ni itirəcək

TotalEnergies Yaxın Şərqdə istehsalın 15%-ni itirəcək

BİZNES
354

Fins.az - Fransız şirkəti TotalEnergies Yaxın Şərqdə davam edən münaqişə səbəbindən ümumi istehsalının 15%-ni itirəcək.

Şirkət Qətər, İraq və BƏƏ-nin offshore zonalarındakı istehsal obyektlərini bağlayıb və ya bağlanma prosesindədir. BƏƏ-də quru neft hasilatı (təxminən gündə 210 min barel) münaqişədən təsirlənməyib, çünki məhsul Fuceyrə terminalı vasitəsilə ixrac olunur.

TotalEnergies bildirir ki, neftin qiymətinin artması, Yaxın Şərqdəki itkiləri kompensasiya etməyə kifayət edir. Şirkətin məlumatına görə, Brent neftinin qiymətinin barel üzrə 8 ABŞ dolları artması İraq, Qətər və BƏƏ şelfindəki yataqlardan 2026-cı ildə gözlənilən əməliyyat pul axını itkisini tam qarşılayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
TotalEnergies Yaxın Şərqdə istehsalın 15%-ni itirəcək — Fins.az — Fins.az