Tikinti şüşəsinin istehsalı 12,4 % artıb

Tikinti şüşəsinin istehsalı 12,4 % artıb

BİZNES
280

Bu ilin yanvar-fevral aylarında ölkədə 1760,4 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 30,3 faiz və ya 409,8 min kvadratmetr artıb.

Cari ilin yanvar ayı ilə müqayisədə isə fevralda istehsal həcmində 12,4 faiz və ya 103 min kvadratmetr artım qeydə alınıb. Fevral ayında ölkədə 931,7 min kvadratmetr tikinti şüşəsi istehsal olunub.

Mart ayının 1-nə hazır məhsul ehtiyatı 1827,4 min kvadratmetr təşkil edib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tikinti şüşəsinin istehsalı 12,4 % artıb — Fins.az — Fins.az