
Təmir və abadlıq işləri üzrə tender elan olunub
Fins.az - “AZƏRİDMANSERVİS” MMC 2 mart 2026-cı il tarixində Quba şəhərində yerləşən “Gənclər Mərkəzi” binasında təmir və ərazidə abadlıq işlərinin satın alınması məqsədilə açıq tender elan edib.
Tenderin nömrəsi 2026/AT/00930/V1, təsnifat kodu isə 72101500 (binalara cari və əsaslı təmir işləri) olaraq müəyyən olunub. Satınalmanın ehtimal olunan dəyəri 774 062,43 AZN təşkil edir.
Tenderdə təkliflərin son təqdim olunma tarixi 2 aprel 2026-cı il saat 15:30, zərflərin açılışı isə eyni tarix və saatda həyata keçiriləcək.
Tender çərçivəsində söküntü işləri, döşəmə və tavanın təmiri, alçipan, DSP, metlax, taxta və laminat materiallarının sökülməsi kimi işlər nəzərdə tutulub. Ümumilikdə 173 sətirdən ibarət iş siyahısı təqdim olunub.
İştirak haqqı 450 AZN, istifadə haqqı isə 25 AZN-dir. Qeyd edilir ki, iştirak və istifadə haqları geri qaytarılmır və təchizatçılar yalnız elektron PORTAL vasitəsilə müsabiqədə iştirak edə bilərlər.
Tender üzrə təchizatçılarla birbaşa əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs Dövlət Satınalma üzrə baş mütəxəssis Leyla Şərifovadır. Onun elektron poçt ünvanı [email protected], əlaqə telefonu isə +994 12 565 05 55-dir.
Tenderin əsas şərtlər toplusu 2 mart 2026-cı il saat 14:30-dan sonra əldə oluna bilər.