
SoftBank OpenAI-yə investisiyaları maliyyələşdirmək üçün 40 milyard dollarlıq körpü krediti aldı
Fins.az - Yaponiyanın SoftBank Group Corp. şirkəti OpenAI-yə investisiyaları və digər korporativ məqsədləri maliyyələşdirmək üçün 40 milyard dollarlıq körpü krediti alıb.
Şirkətin açıqlamasına görə, təminatsız kredit 2027-ci il martın 25-dək bir sıra banklar – JPMorgan Chase & Co., Goldman Sachs Group, Mizuho Bank, Sumitomo Mitsui Banking Corporation və MUFG Bank tərəfindən verilib.
Fevral ayında başa çatmış investisiya raundu çərçivəsində SoftBank bu il OpenAI-yə 30 milyard dollar yatırmağı öhdəsinə götürüb. Bu investisiyalardan sonra yapon şirkəti OpenAI-nin təxminən 13%-inə sahib olacaq ki, ekspertlər bunun portfelindəki ən böyük aktivlərdən biri olduğunu qiymətləndirirlər.