SOCAR Petroleum Xəzərdə beynəlxalq standartlara uyğun bunkerləmə həyata keçirir

SOCAR Petroleum Xəzərdə beynəlxalq standartlara uyğun bunkerləmə həyata keçirir

BİZNES
271

“SOCAR Petroleum” QSC Xəzər dənizinin akvatoriyasında “gəmidən gəmiyə” (ship-to-ship) üsulu ilə yanacaq təchizatı – bunkerləmə əməliyyatlarına başladığını elan edib.

Fins.az şirkətə istinadən xəbər verir ki, bu addım qurumun inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistika və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.

Bildirilib ki, “gəmidən gəmiyə” üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatı beynəlxalq standartlara uyğun şəkildə uğurla icra olunub.

Bu yanaşma gəmilərin limana daxil olmadan operativ şəkildə yanacaqla təmin edilməsinə imkan yaradır və xidmətin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Məlumata əsasən, “SOCAR Petroleum” gələcək mərhələdə bunkerləmə əməliyyatlarının genişləndirilməsini, DMA, IFO, VLSFO və MGO (ISO 8217) standartına uyğun dəniz yanacağının tətbiqini və təchizat infrastrukturunun inkişafını planlaşdırır.

Qeyd olunub ki, bu fəaliyyət Xəzər regionunda dəniz infrastrukturunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat və enerji dəhlizlərində rolunu gücləndirir və tranzit potensialını artırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR Petroleum Xəzərdə beynəlxalq standartlara uyğun bunkerləmə həyata keçirir — Fins.az — Fins.az