SOCAR OGU-2026-da iştirak edib – Üstyurt layihəsi üzrə yeni sənədlər imzalanıb

SOCAR OGU-2026-da iştirak edib – Üstyurt layihəsi üzrə yeni sənədlər imzalanıb

BİZNES
369

SOCAR-ın prezidenti Rövşən Nəcəf Daşkənd şəhərində keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib.

Fins.az-ın SOCAR-a istinadən məlumatına görə, tədbir çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SOCAR prezidenti Rövşən Nəcəfi, bp şirkətinin baş vitse-prezidenti Ariel Floresi və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofolini qəbul edib.

Görüş zamanı Rövşən Nəcəf Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistan Prezidentinə çatdırıb, Şavkat Mirziyoyev isə öz növbəsində salamlarını Azərbaycan dövlət başçısına göndərib.

Sərgi çərçivəsində SOCAR prezidenti bp və Özbəkistanın “Uzbekneftegaz” şirkətinin rəhbərliyi ilə birgə keçirilən üçtərəfli görüşlərdə iştirak edib. Müzakirələrdə “Üstyurt” investisiya blokları üzrə kəşfiyyat, işlənmə və hasilat layihələrinin icrası və əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Görüşlərdən sonra bp şirkətinin “Üstyurt” layihəsinə qoşulması ilə bağlı sənədlər imzalanıb.

SOCAR rəhbəri həmçinin “MOL Group” şirkətinin icraçı vitse-prezidenti Zsombor Marton ilə də görüş keçirib. Tərəflər birgə layihələrin icrası və uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

SOCAR sərgi çərçivəsində öz pavilyonu ilə də təmsil olunub. Stenddə şirkətin Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələr, enerji infrastrukturu, yaşıl enerji təşəbbüsləri və rəqəmsal həllər nümayiş etdirilib.

Qeyd edək ki, SOCAR-ın pavilyonu OGU-2026 beynəlxalq sərgisində “Ən Yaxşı Milli Stend Dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR OGU-2026-da iştirak edib – Üstyurt layihəsi üzrə yeni sənədlər imzalanıb — Fins.az — Fins.az