SOCAR-Moldova enerji şirkətləri arasında əməkdaşlıq genişləndiriləcək

SOCAR-Moldova enerji şirkətləri arasında əməkdaşlıq genişləndiriləcək

BİZNES
542

SOCAR-ın prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Dorin Junqetu ilə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd olunub, bu baxımdan Cənub Qaz Dəhlizinin rolu xüsusi vurğulanıb.

Söhbət zamanı SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR-Moldova enerji şirkətləri arasında əməkdaşlıq genişləndiriləcək — Fins.az — Fins.az