SOCAR-ın strateji hədəfi sənayenin liderləri sırasında yer almaq və maksimum dəyər yaratmaqdır – Kənan Nəcəfov

SOCAR-ın strateji hədəfi sənayenin liderləri sırasında yer almaq və maksimum dəyər yaratmaqdır – Kənan Nəcəfov

BİZNES
704

Finss.az - SOCAR innovasiyalardan əməliyyat və ekoloji səmərəliliyi artırmaq üçün istifadə edir.

Bakıda PASHA Holdinq tərəfindən təşkil olunan “INMerge Innovation Summit”də SOCAR vitse-prezidenti Kənan Nəcəfov bildirib ki, şirkət innovasiyalardan həm əməliyyat, həm iqtisadi, həm də ekoloji səmərəliliyi artırmaq üçün istifadə edir.

O qeyd edib ki, SOCAR-ın strateji hədəfi sənayenin liderləri sırasında yer almaq və maraqlı tərəflər üçün maksimum dəyər yaratmaqdır:

“Bunun üçün innovasiyalar bizə həm əməliyyat, həm iqtisadi sahədə daha səmərəli, eləcə də daha ekoloji olmağa imkan verən bir vasitə kimi xidmət edir.”

Vitse-prezident bildirib ki, SOCAR bu istiqamətdə iki əsas layihə həyata keçirir: rəqəmsal transformasiya və innovasiyalar üzrə yol xəritəsi:

“Bizim şirkətimiz yüzlərlə müəssisədən ibarətdir və müxtəlif biznes bölmələrində süni intellektdən tutmuş robotlaşmaya və böyük verilənlərin təhlili metodlarına qədər hər şeyi tətbiq edirik. Bu texnologiyalar əməliyyat və ekoloji səmərəliliyi artırır.”

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR-ın strateji hədəfi sənayenin liderləri sırasında yer almaq və maksimum dəyər yaratmaqdır – Kənan Nəcəfov — Fins.az — Fins.az