SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb

BİZNES
359

31 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Əl Kaabi ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə şirkətlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə edilib. Bu xüsusda “SARB və Umm Lulu yataqlarında iştirak payının 3%-nin SOCAR-a verilməsinə” və “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına” dair sazişlərin önəmi vurğulanıb.

Tərəflər enerji keçidi və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb — Fins.az — Fins.az