SOCAR Çin şirkəti ilə layihə və səmərəlilik məsələlərini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin “BGP Inc.” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsində paylaşım edib.
Məlumata əsasən, görüşdə SOCAR və “BGP Inc.” tərəfindən birgə təsis edilən “Caspian Geo” şirkətinin fəaliyyəti, həyata keçirilən layihələr, əməliyyat səmərəliliyinin artırılması və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
SOCAR rəhbəri qeyd edib ki, Çin Xalq Respublikasının “BGP Inc.” şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencun ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.