
“SOCAR CAPE”in ixrac gəliri 32,6 min dollar olub
2026-cı ilin yanvar ayında “SOCAR CAPE”in ixracdan əldə etdiyi gəlirlər 32,6 min ABŞ dolları təşkil edib.
Fins.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral nəşrinə istinadən xəbər verir. Qeyd olunur ki, yanvar ayında gəlirlərlə bağlı məlumatlar dərc olunmayıb.
Məlumata əsasən, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.
Daha sonra siyahıda aşağıdakı şirkətlər yer alıb:
SOCAR Polymer MMC
AzerGold QSC
Azəralüminium MMC
ARDNŞ-nin Qaz İxrac İdarəsi
Azərpambıq Aqrar Sənaye Kompleksi MMC
SOCAR-DALĞIC MMC
Azərbaycan Dəmir Yolları QSC
Naxçıvan MR Dövlət Energetika Xidməti
İstisu mineral su zavodu MMC
Hesabat dövründə dövlətə məxsus şirkətlərin qeyri-neft ixracındakı payı ümumi göstəricilərdə mühüm yer tutub.
Fuad Mədətov
Fins.az