SOCAR və bp enerji layihələri üzrə əməkdaşlığı müzakirə edib

SOCAR və bp enerji layihələri üzrə əməkdaşlığı müzakirə edib

BİZNES
192

Azərbaycan və bp şirkəti arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə bp şirkətinin yeni baş icraçı direktoru Meq O’Nill ilə görüş keçirilib.

Görüş zamanı bp-nin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli tərəfdaşlıq əlaqələri və regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Azərbaycan ilə bp şirkəti arasında yeni işbirliyi istiqamətlərini müzakirə ediblər.

Mikayıl Cabbarov paylaşımında Meq O’Nillə yeni vəzifəsində uğurlar arzuladıqlarını da qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR və bp enerji layihələri üzrə əməkdaşlığı müzakirə edib — Fins.az — Fins.az