SOCAR və ABŞ şirkətləri arasında milyardlarla dollarlıq razılaşmalar imzalanıb - Kaleb Orr

SOCAR və ABŞ şirkətləri arasında milyardlarla dollarlıq razılaşmalar imzalanıb - Kaleb Orr

BİZNES
275

ABŞ səfəri zamanı Azərbaycanla 8 milyard dollardan çox kommersiya müqaviləsi imzalanıb.

ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ümumi dəyəri 8 milyard dollardan çox olan kommersiya müqavilələri imzalanıb.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin İqtisadiyyat, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində təşkil olunan mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, səfər zamanı Amerika özəl sektoru ilə SOCAR arasında bir sıra kommersiya sazişləri imzalanıb.

Kaleb Orr qeyd edib ki, həmçinin Azərbaycan İqtisadiyyat Nazirliyində əlavə kommersiya müqavilələrinin imzalanması da baş tutub və ümumilikdə razılaşmaların dəyəri 8 milyard dolları ötüb.

ABŞ rəsmisi bildirib ki, bu göstərici iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinin və özəl sektorun artan marağının göstəricisidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SOCAR və ABŞ şirkətləri arasında milyardlarla dollarlıq razılaşmalar imzalanıb - Kaleb Orr — Fins.az — Fins.az