
"Şimal-Cənub" dəhlizi üzrə yük daşımaları 9,3 milyon tona yaxın olub
2025-ci ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə daşınan yüklərin həcmi 9,289 milyon ton təşkil edib.
Fins.az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 608 min ton və ya 6,1% azdır. Belə ki, 2024-cü ildə “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə yük daşımalarının həcmi 9,897 milyon ton olub.
Hesabat dövründə ümumilikdə nəqliyyat dəhlizləri üzrə daşımalar müxtəlif nəqliyyat növləri üzrə fərqli həcmdə həyata keçirilib. Belə ki, 2025-ci ildə dəmir yolu nəqliyyatı ilə 400,7 milyon ton, avtomobil nəqliyyatı ilə 151,7 milyon ton, dəniz nəqliyyatı ilə isə 259,5 milyon ton yük daşınıb.