
"Silk Way West" Aviaşirkətinin nizamnamə kapitalı bir qədər də artırılıb
"Silk Way Holding" MMC-yə daxil olan "Silk Way West" Aviaşirkəti MMC-nin nizamnamə kapitalı daha 521 435 manat və yaxud 3% artırılıb.
Şikətin kapitalı 172 874 980 manatdan 173 396 415 manata çatdırılıb.
Bu, 2020-ci il ərzində "Silk Way West" Aviaşirkətinə 2-ci "maya qoyuluşu"dur. Bundan əvvəl şirkətin nizamnamə kapitalı 33 999 500 manat və yaxud 24,5% artırılaraq 138 875 480 manatdan 172 874 980 manata çatdırılmışdı.
Xatırladaq ki, "Silk Way West" Aviaşirkəti isə 2012-ci ildə yaradılıb. Şirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.
(c)report