Serbiya neft məhsullarının ixracına qoyulan qadağanı aprelədək uzadıb

Serbiya neft məhsullarının ixracına qoyulan qadağanı aprelədək uzadıb

BİZNES
287

Fins.az - Serbiya hökuməti neft və motor yanacağı kimi istifadə olunan bütün neft məhsullarının ixracına qoyulan qadağanı 2 aprel 2026-cı il tarixinədək uzadıb.

Qərara əsasən, məhdudiyyətlər dizel yanacağı, benzin və xam neftin bütün nəqliyyat vasitələri ilə ixracına şamil olunur.

Serbiyanın mədən sənayesi və energetika naziri bildirib ki, bu addım dünya bazarlarında neft qiymətlərinin artımı fonunda ölkə vətəndaşlarını və iqtisadiyyatı qorumaq məqsədi daşıyır.

Bununla yanaşı, hökumət əlavə tədbir kimi strateji ehtiyatlardan 40 min ton dizel yanacağının bazara çıxarılması barədə qərar qəbul edib.

Qeyd olunur ki, qəbul edilən tədbirlər Yaxın Şərqdəki gərginlik və son həftələrdə neftin kəskin bahalaşması fonunda daxili bazarda yanacaq çatışmazlığı və qiymət artımının qarşısını almağa yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Serbiya neft məhsullarının ixracına qoyulan qadağanı aprelədək uzadıb — Fins.az — Fins.az