Səfər Mehdiyev: "Azərbaycan gömrüyü “Yaşıl dəhliz” sisteminin tətbiqini genişləndirməyi planlaşdırır"

Səfər Mehdiyev: "Azərbaycan gömrüyü “Yaşıl dəhliz” sisteminin tətbiqini genişləndirməyi planlaşdırır"

BİZNES
944

Dövlət Gömrük Komitəsi 2020-ci ildə ticarət əməliyyatlarının sürətləndirilməsi məqsədilə gömrük-keçid məntəqələrinin infrastrukturunu yaxşılaşdırmağı planlaşdırır.

“Ticarət əməliyyatlarının sürətləndirilməsi məqsədilə infrastrukturun təkmilləşdirilməsi üzrə iş həyata keçirməyi planlaşdırırıq. Bununla əlaqədar həm idxal, həm də ixrac əməliyyatları zamanı “Yaşıl dəhliz” sisteminin tətbiqinin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur”, - Mehdiyev rəsmi mətbuatda dərc olunan məqaləsində yazır.

O qeyd edib ki, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən 599 xarici ticarət iştirakçısı tərəfindən müraciət ünvanlanıb. Ümumilikdə, 530 xarici ticarət iştirakçısına “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmiş və bu barədə hər birinə bildiriş göndərilib.

Mehdiyev bildirib ki, cari il Azərbaycanın gömrük orqanları Rusiya, Gürcüstyan və İrabn ilə sərhədlərdə tikinti-təmir işlərini davam etdirəcəklər. “Ötən il həm şimal, həm də cənub istiqamətlıərində yeni gömrük-sərhəd keçid məntəqələrinin tikintisinə başlamışıq. Bu işlər 2020-ci ildə də davam etdiriləcək”, - məqalədə vurğulanır.

Xəbər verildiyi kimi, DGK 2019-cu il fevralın 1-dən qısa idxal bəyannaməsi sistemi tətbiq edib. Bu da yoxlamaya sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və idxal prosedurunu asanlaşdırır. Bundan əlavə, 2019-cu il fevralın 1-dən Dövlət Gömrük Komitəsi "İxracın elektron idarəetmə sistemi"nin tətbiqinə başlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səfər Mehdiyev: "Azərbaycan gömrüyü “Yaşıl dəhliz” sisteminin tətbiqini genişləndirməyi planlaşdırır" — Fins.az — Fins.az