Saxta ƏDV-nin qaytarılması saytı ilə fişinq hücumu təşkil olunub

Saxta ƏDV-nin qaytarılması saytı ilə fişinq hücumu təşkil olunub

BİZNES
947

Azərbaycanda daha bir fişinq dələduzluğu ilə bağlı fakt qeydə alınıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yaydığı məlumata görə, dələduzlar fişinq hücumu təşkil etmək məqsədilə ƏDV-nin qaytarılması sisteminin (edvgerial.az) müvəkkil bankı olan "Kapital Bank"ın "BirBank" mobil tətbiqini hədəfə alıb. Fişinq hücumu saxta – edvgerial.com sayt üzərindən təşkil olunub.

"Belə fişinq hücumlarının qurbanı olmamaq üçün internet resursların ünvanlarına diqqət yetirmək vacibdir", - Mərkəzin məlumatında deyilir.

©️ APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Saxta ƏDV-nin qaytarılması saytı ilə fişinq hücumu təşkil olunub — Fins.az — Fins.az