
Satışa çıxarılan məhsullara dair qida laboratoriyalarında yüksək və çeşidli ödənişlər tələb olunur
Satışa çıxarılan məhsullara dair qida laboratoriyalarında yüksək və çeşidli ödənişlər tələb olunur.
"Fins.az" xəbər verir ki, bunu Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə
KOBİA-nın İdarə Heyəti sədri Orxan Məmmədov çıxış edərkən deyib.
O bildirib ki, özəl laboratoriyaların olmaması bu sahədə rəqabət imkanlarına təsir edir. Bu məqsədlə laborator ödənişlərin müvafiq qaydada tənzimlənməsi, özəl laboratoriyaların yaradılmasının təşviq edilməsi təklif oluna bilər.