Samsung və Tesla 16,5 milyard dollarlıq çip tədarükü müqaviləsi imzaladılar

Samsung və Tesla 16,5 milyard dollarlıq çip tədarükü müqaviləsi imzaladılar

BİZNES
403

Finss.az xəbər verir ki, Samsung Electronics şirkəti Tesla Inc-ə yarımkeçirici məhsulların tədarükü üçün 16,5 milyard dollarlıq müqavilə imzalayıb.

Samsung-un sözlərinə görə, müqavilə 2033-cü ilin sonuna qədər qüvvədə olacaq.

Tesla-nın baş direktoru Elon Musk bildirib ki, yeni nəsil AI6 çipləri Texasdakı yeni zavoddan göndəriləcək.

Mask X sosial şəbəkəsində yazıb: “Bu sövdələşmənin strateji əhəmiyyətini şişirtmək çətindir”. O, həmçinin əlavə edib ki, yekun müqavilə məbləği elan edilən 16,5 milyard dollardan çox ola bilər.

Bazar ertəsi Samsung səhmləri 6,8% bahalaşıb. Bloomberg Intelligence analitiklərinin hesablamalarına görə, Tesla ilə razılaşma şirkətin çip bölməsinin illik gəlirini 10% artıracaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samsung və Tesla 16,5 milyard dollarlıq çip tədarükü müqaviləsi imzaladılar — Fins.az — Fins.az