Sahibkarlar idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri barədə məlumatlandırılacaq

Sahibkarlar idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri barədə məlumatlandırılacaq

BİZNES
1,631

Xarici ticarət fəaliyyəti iştirakçısı olan kiçik və orta biznes subyektləri idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri barədə məlumatlandırılacaq. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qurumun dəstəyi ilə avqustun 12-də “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda təşkil olunacaq onlayn təlimdə, sahibkarlara Azərbaycanın ticarət qanunvericiliyi, o cümlədən malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları ilə bağlı məlumatlar veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq. (APA)

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahibkarlar idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri barədə məlumatlandırılacaq — Fins.az — Fins.az