Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 350 ton buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 350 ton buğda göndəriləcək

BİZNES
279

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Fins.az xəbər verir ki, 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda 25 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, 1000 ton gübrə və 68 ton qarabaşaq göndərilib.

Bu ilin martın 19-da Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl tədarükü həyata keçirilib. 7 vaqondan ibarət, çəkisi 488 ton olan taxıl 19 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Belə ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 350 ton buğda göndəriləcək — Fins.az — Fins.az