Rusiyada Çin quş əti idxalında pozuntular aşkar edilib

Rusiyada Çin quş əti idxalında pozuntular aşkar edilib

BİZNES
324

Fins.az - Rosselxoznadzor Çindən idxal olunan quş əti məhsullarında təhlükəsizlik pozuntuları aşkar edib.

Məlumata görə, Heilongjiang Chia Tai Enterprise Co., Ltd. müəssisəsinin məhsullarında listeriya bakteriyası müəyyən olunub. Bu səbəbdən 16 aprel tarixindən etibarən həmin şirkətin məhsullarının idxalına məhdudiyyət tətbiq edilib.

Bildirilib ki, ayın əvvəlində ilk pozuntu aşkar edildikdən sonra məhsullar üzərində gücləndirilmiş laborator nəzarət tətbiq olunmuşdu. Təkrar pozuntu isə daha sərt tədbirlərin görülməsinə səbəb olub.

Rusiya tərəfi idxal olunan ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün nəzarəti davam etdirəcəyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada Çin quş əti idxalında pozuntular aşkar edilib — Fins.az — Fins.az