Rusiya dəniz limanlarının yük dövriyyəsi 2,6 faiz artıb

Rusiya dəniz limanlarının yük dövriyyəsi 2,6 faiz artıb

BİZNES
455

Fins.az - Rusiyanın dəniz ticarət limanlarında 2026-cı ilin yanvar-aprel aylarında ümumi yük aşırılması 288,6 milyon tona çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.

Məlumata görə, quru yüklərinin aşırılması 6 faiz artaraq 142,5 milyon ton olub. Maye yüklərin həcmi isə 0,6 faiz azalaraq 146 milyon tona düşüb.

İxrac istiqamətində göndərilən yüklərin həcmi 2,8 faiz artaraq 227,9 milyon ton təşkil edib. Kabotaj daşımaları 21,3 faiz yüksələrək 26,3 milyon tona çatıb.

Bununla yanaşı, tranzit daşımaları 14,6 faiz azalaraq 20,7 milyon tona, idxal yüklərinin aşırılması isə 0,2 faiz azalaraq 13,6 milyon tona enib.

Konteyner daşımalarının həcmi 1,8 milyon TEU təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1 faiz azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya dəniz limanlarının yük dövriyyəsi 2,6 faiz artıb — Fins.az — Fins.az