
Rusiya buğda ixracını 14% artırıb
Fins.az - Rusiya 2026-cı ilin birinci rübündə buğda ixracını əhəmiyyətli dərəcədə artırıb.
Yanvar-mart aylarında ölkədən 9,1 milyon tondan çox buğda ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur. Eyni zamanda, ixracdan əldə olunan gəlir 9% artaraq 2 milyard dollardan çox olub.
Əsas alıcı ölkə Misir olub və ümumi ixrac gəlirində onun payı 26% təşkil edib. Türkiyə 20% payla ikinci yerdə qərarlaşıb. İlk beşlikdə həmçinin Sudan (6%), Keniya (5%) və İsrail (4%) yer alıb.
Ümumilikdə, hesabat dövründə Rusiya buğdanı 45-dən çox ölkəyə ixrac edib.