"MAN Truck & Bus SE" şirkəti ilə əməkdaşlığa dair görüş keçirilib

"MAN Truck & Bus SE" şirkəti ilə əməkdaşlığa dair görüş keçirilib

BİZNES
401

Finss.az - "MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru ilə görüşdə elektrik nəqliyyat vasitələri istehsalının lokallaşdırılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak çərçivəsində "MAN Truck & Bus SE" şirkətinin baş icraçı direktoru Aleksandr Vlasskamp ilə görüşüb.

Görüşdə vurğulanıb ki, Azərbaycan ekoloji təmiz və səmərəli elektrik nəqliyyat vasitələrinin yerli istehsal potensialının genişləndirilməsinə mühüm önəm verir. Bu məqsədlə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq münasibətləri gücləndirilir.

Tərəflər sənaye və ticarət sahələrində, o cümlədən elektrik nəqliyyat vasitələri istehsalının lokallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"MAN Truck & Bus SE" şirkəti ilə əməkdaşlığa dair görüş keçirilib — Fins.az — Fins.az