
Qlobal neft hasilatı 2026-2027-ci illərdə artacaq - EIA
Fins.az - ABŞ Enerji İnformasiya Administrasiyası (EIA)-nın mart ayı üzrə “Qısamüddətli enerji perspektivi” hesabatına əsasən, qlobal neft və digər maye karbohidrogenlərin hasilatı 2026-cı ildə gündəlik 0,73 milyon barel artaraq 106,31 milyon bareldən 107,04 milyon barelə çatacaq.
Hesabatda 2026-cı ilin rüblük proqnozları belə göstərilib: I rüb – 105,14 milyon barel/gün, II rüb – 105,78 milyon barel/gün, III rüb – 108,25 milyon barel/gün, IV rüb – 108,92 milyon barel/gün.
2027-ci ildə qlobal hasilatın artımı sürətlənəcək və gündəlik 109,61 milyon barel proqnozlaşdırılır. Rüblük göstəricilər isə belədir: I rüb – 108,85 milyon barel/gün, II rüb – 109,34 milyon barel/gün, III rüb – 109,86 milyon barel/gün, IV rüb – 110,37 milyon barel/gün.
Hesabatda bildirilir ki, əvvəlki proqnozlarla müqayisədə 2026-cı ildə hasilat artımı təxminən iki dəfədən çox azaldılıb, 2027-ci ildə isə artım gözləntiləri yüksəldilib.
Fuad Mədətov
Fins.az