Qlobal çip satışları yanvarda 46% artdı

Qlobal çip satışları yanvarda 46% artdı

BİZNES
305

Fins.az - Dünya üzrə çip satışları yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% artaraq $82,54 milyard təşkil edib. Bu barədə yarımkeçirici sənayesi assosiasiyası SIA-nın yaydığı məlumatda bildirilir.

Dekabr ayı ilə müqayisədə satışlar 3,7% artıb (yenilənmiş $79,63 milyarddan).

SIA-nın prezidenti və baş icraçı direktoru Con Nyuffer bildirib ki, 2025-ci ildə rekord satışlardan sonra qlobal çip bazarı bu ilin yanvarında da artımını davam etdirib. Onun sözlərinə görə, 2026-cı ildə qlobal çip satışlarının təxminən $1 trilyona çatacağı proqnozlaşdırılır.

Regionlar üzrə satışlar da əhəmiyyətli dərəcədə artıb:

  • Şimali və Cənubi Amerikada – 34,9%

  • Avropada – 26,1%

  • Çində – 47%

  • Asiya-Sakit okean və digər regionlarda – 82,4%

Dekabrla müqayisədə isə satışlar Şimali və Cənubi Amerikada 1,2%, Avropada 5,3%, Çində 5,8%, Asiya-Sakit okean regionunda 5% artıb, Yaponiyada isə 1,7% azalıb.

SIA ABŞ yarımkeçirici şirkətlərinin təxminən 99%-ni, digər ölkələrdən olan çip istehsalçılarının isə təxminən 66%-ni birləşdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal çip satışları yanvarda 46% artdı — Fins.az — Fins.az