Qızılın qiyməti beşhəftəlik minimumdan sonra yüksəlib

Qızılın qiyməti beşhəftəlik minimumdan sonra yüksəlib

BİZNES
321

Fins.az - Qızılın qiyməti son beş həftənin minimum səviyyəsindən sonra yenidən artım göstərib.

Məlumata görə, bir troya unsiyasının qiyməti 20,5 dollar artaraq 4553,8 dollar təşkil edib. Bundan əvvəlki ticarət günündə isə qiymətlərdə 2%-dən çox azalma qeydə alınmışdı.

ABŞ-də iyun ayı üzrə qızıl fyuçersləri də 0,5% artaraq 4554,1 dollara yüksəlib.

Analitiklər bildirirlər ki, ABŞ dollarının möhkəmlənməsi və neft qiymətlərinin artması inflyasiya gözləntilərini yüksəldərək qızılın bahalaşmasını məhdudlaşdırır.

Hazırda Brent nefti bir barel üçün 110 dolların üzərində ticarət olunur. Eyni zamanda, Hörmüz boğazı ətrafında ABŞ və İran arasında gərginlik fonunda təhlükəsizlik və diplomatik danışıqlar davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qızılın qiyməti beşhəftəlik minimumdan sonra yüksəlib — Fins.az — Fins.az