Qeyri-neft sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb – Mikayıl Cabbarov

Qeyri-neft sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb – Mikayıl Cabbarov

BİZNES
318

İqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın strateji hədəflərinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında şaxələndirmə istiqamətində mühüm nəticələr əldə olunub və qeyri-neft-qaz sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb.

Onun sözlərinə görə, özəl sektor iqtisadi şaxələndirmə, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq tərəfdaşların ölkəyə cəlb edilməsində mühüm rol oynayır. Nazir sahibkarlara təşəkkür edərək dövlətin bu sahəyə dəstəyinin davam etdiyini vurğulayıb.

Çıxışda Ələt Azad İqtisadi Zonu, sənaye parkları və işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən vergi güzəştlərinin biznes mühitinin inkişafına töhfə verdiyi bildirilib. Həmçinin bu ildən Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştlərinin qüvvəyə mindiyi qeyd olunub.

Nazir əlavə edib ki, sahibkarların ixrac imkanlarının genişləndirilməsi üçün logistika xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması istiqamətində dəstək tədbirləri nəzərdə tutulur və bu mexanizmlərin mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qeyri-neft sektorunun ÜDM-də payı əhəmiyyətli dərəcədə artıb – Mikayıl Cabbarov — Fins.az — Fins.az