
Qəbələ RİH yaşayış binasının tikintisinə təxminən 2,9 milyon manat yönəldəcək
Qəbələ Rayon İcra Hakimiyyəti 48 mənzilli yaşayış binasının tikintisinə 2,9 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, "AVS-Təmir-Tikinti" MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 2 milyon 881,288 min manatdır.