Qarabağda yol infrastrukturu genişlənir: Ağdam–Şuşa yolu yekun mərhələdə

Qarabağda yol infrastrukturu genişlənir: Ağdam–Şuşa yolu yekun mərhələdə

BİZNES
430

Ağdam–Şuşa avtomobil yolunun tikintisi yekun mərhələyə çatıb. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri çərçivəsində regionda bir sıra strateji avtomobil yollarının inşası paralel şəkildə davam etdirilir.

Fins.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Suqovuşan–Sərsəng Su Anbarı–Gözlükörpü–Kəlbəcər, Suqovuşan–Kəlbəcər–Ağdərə–Ağdam, Əsgəran–Xocalı–Xankəndi və Bərdə–Ağdam–Əsgəran avtomobil yollarının tikintisi davam etdirilir.

Elçin Yusubov əlavə edib ki, Tərtər–Ağdərə avtomobil yolu yenidən qurulur, eyni zamanda Xankəndi şəhərinin daxili yollarının tikintisinin birinci mərhələsi icra olunur.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub və müxtəlif ölkələrin hökumət nümayəndələrini, ekspertləri və tərəfdaş qurumlarını bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağda yol infrastrukturu genişlənir: Ağdam–Şuşa yolu yekun mərhələdə — Fins.az — Fins.az