«Piramida-F.R.» MMC fəaliyyətini tam şaffaflıq prinsipləri ilə davam etdirir

«Piramida-F.R.» MMC fəaliyyətini tam şaffaflıq prinsipləri ilə davam etdirir

BİZNES
1,513

Son aylarda «Piramida-F.R.» MMC-nin əməkdaşı tərəfindən tenderlərdə qalib gəlmək üçün rüşvət verilməsi ilə bağlı kütləvi İnformasiya Vasitələrində məlumatlar yayımlanıb.
Məlumata görə «Piramida-F.R.» MMC –ni əməkdaşı Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq zəminində   rüşvət verilməsi faktının aşkarlandığı iddia edilirdi. Lakin elə deyil, beləki, müvafiq orqanlar tərəfindən aparılan araşdırmalar nəticəsində həmin vəsaitin spesifik avadanlıqların alınmasına sərf olunduğu aşkarlanmışdır. 
«Piramida-F.R.» MMC –dən fins.az-a verilən məlumata görə, hazırda  «Piramida-F.R.» MMC-nin fəaliyyəti Azərbaycan respublikasının qanunlarına uyğun şəkildə, tam şəffaflıq prinsipləri ilə davam etdirilir. 
Bildilir ki, şirkət fəaliyyətini respublikanın vergi və sahibkarlıq qanunvericiliyinə uyğun şəkildə qurub. Azərbaycanda təcrübəli mühəndisləri ilə bir sıra layihələr reallaşdıran «Piramida-F.R» MMC hazırkı dövrdə dövlət satınalmalarında eyni zamanda müstəqil satınalmalarla bağlı tenderlərdə tam qanunauyğun şəkildə iştirak etməyi planlaşdırır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
«Piramida-F.R.» MMC fəaliyyətini tam şaffaflıq prinsipləri ilə davam etdirir — Fins.az — Fins.az