“PAŞA Holding” 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edib

“PAŞA Holding” 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edib

BİZNES
1,157

“PAŞA Holding” 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edib.

"Fins.az" xəbər verir ki, builki sərgi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəm daşıyıb.
“PAŞA Holding”in panel müzakirəsində iştirak edən Korporativ Kommunikasiyalar üzrə baş mütəxəssis Aytac Muxtarzadə şirkətin Qarabağın dirçəlişinə verdiyi önəm, indiyə qədər görülən işlər, layihələr barədə danışıb.
Xatırladaq ki, “PAŞA Holding” Şuşa parkının salınması, Şuşada Yeni Məscidin tikilməsi, mövcud infrastruktur obyektlərinin bərpası, eləcə də Qarabağın dirçəlişinə yönəldilmiş digər layihələrə də dəstək göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“PAŞA Holding” 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edib — Fins.az — Fins.az