Paris müdafiə xərclərini ÜDM-in 3,5%-nə çatdırmağı hədəfləyir

Paris müdafiə xərclərini ÜDM-in 3,5%-nə çatdırmağı hədəfləyir

BİZNES
397

Fransanın xarici işlər naziri Jan-Noel Barrot NATO-nun baş katibinin 2032-ci ilə qədər NATO ölkələrinin ÜDM-in 3,5%-ni hərbi xərclərə və ÜDM-in daha 1,5%-ni dolayı yolla müdafiə ilə bağlı ehtiyaclara ayırması təklifini alqışlayır, Le Figaro yazır.

Finss.az xəbər verir ki, NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısının keçirildiyi Antalyada nazir deyib: “Prezident Makron artıq bəyan edib ki, hədəfin 3%-dən 3,5%-ə qaldırılması bizə müdafiə sektorunu, əsas hərbi xərcləri maliyyələşdirməyə imkan verəcək yaxşı qərardır, bununla belə, dolayı yolla müdafiə potensialının inkişafına töhfə verəcək xərclər də lazımdır”. NATO-nun baş katibi Mark Ruttenin dediyi kimi, alyans ölkələri ÜDM-in 1,5%-ni formal olaraq silahlı qüvvələrlə bağlı olmayan, lakin buna baxmayaraq müdafiə qabiliyyətini artıran layihələrə xərcləyə bilər. Xüsusilə, infrastruktur layihələrindən söhbət gedə bilər.

Yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə danışan ABŞ prezidenti Donald Tramp NATO tərəfdaşlarının ÜDM-in ən azı 5%-ni müdafiəyə xərcləməsinə çalışacağını söylədi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Paris müdafiə xərclərini ÜDM-in 3,5%-nə çatdırmağı hədəfləyir — Fins.az — Fins.az