Özəl şirkətlər ƏDV depozitindəki vəsaitin bir hissəsini DSMF-yə yönəndirə biləcək

Özəl şirkətlər ƏDV depozitindəki vəsaitin bir hissəsini DSMF-yə yönəndirə biləcək

BİZNES
173

Fins.az – Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərməyən özəl şirkətlər üçün ƏDV depozit hesablarındakı vəsaitlərin bir hissəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yönəndirilməsi imkanı yaradılacaq.

Bu, Milli Məclisin dünənki iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, yeni mexanizm 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində tətbiq olunacaq. Mexanizmin tətbiqi qaydaları və şərtləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Sənədin məqsədi vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarını genişləndirmək, sosial öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maliyyə resursları formalaşdırmaq və qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl sahibkarlıq subyektlərinə dəstək verməkdir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Özəl şirkətlər ƏDV depozitindəki vəsaitin bir hissəsini DSMF-yə yönəndirə biləcək — Fins.az — Fins.az