
Ötən il Azərbaycana idxal edilən palma yağı 36% azalıb
2025-ci ildə ölkəyə idxal edilən palma yağlarının miqdarı 36 faiz azalıb.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə heyətinin sədri Əli Nəbiyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, idxal edilən bütün mallar ekspertizadan keçirilir. Əgər hər hansı uyğunsuzluq aşkar edilərsə, məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınır.
Ə.Nəbiyev bildirib ki, ötən il ölkəyə idxal edilən palma yağlarının miqdarı xeyli azalıb, bu da idxal siyasətindəki dəyişikliklər və bazar tələbləri ilə bağlıdır.