Ötən il Azərbaycan və Moldova arasında ticarət dövriyyəsi 22 % artıb -  Mixay Popşoi

Ötən il Azərbaycan və Moldova arasında ticarət dövriyyəsi 22 % artıb -  Mixay Popşoi

BİZNES
480

Azərbaycan və Moldova ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müntəzəm məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.

Fins.az xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, yaxın illər üçün tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müntəzəm məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər. Bu məsləhətləşmələr çərçivəsində ikitərəfli müqavilə-hüquq bazasının təhlili və konsulluq məsələləri də nəzərdən keçiriləcək.

Onun sözlərinə görə, görüş zamanı tərəflər iqtisadi əməkdaşlığın əhəmiyyətini və 2025-ci ildə ikitərəfli ticarətdə müşahidə olunan müsbət dinamikanı vurğulayıblar.

Nazir qeyd edib ki, həmin il Azərbaycan və Moldova arasında ticarət dövriyyəsi 22 faiz artıb. Bununla belə, mövcud göstəricilər hələ də iki ölkə arasında mövcud potensialı tam əks etdirmir.

Mixay Popşoi vurğulayıb ki, tərəflər iqtisadi, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində razılığa gəliblər.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il Azərbaycan və Moldova arasında ticarət dövriyyəsi 22 % artıb - Mixay Popşoi — Fins.az — Fins.az