
Orta Dəhliz yalnız ticarət üçün deyil, həm də iqtisadi inteqrasiya üçün vacibdir – Mikayıl Cabbarov
Fins.az - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda Orta Dəhlizin region üçün strateji əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazı vahid məkanda birləşdirir və bu dəhliz təkcə Çindən və Asiyadan Türkiyə və Avropaya malların ticarəti və tranziti üçün vacib deyil. Daha önəmlisi, ondan regionun iqtisadi artımı, ticarətinin genişlənməsi və Qərblə inteqrasiyanın real hərəkətverici qüvvəsi kimi istifadə olunur.
M.Cabbarov həmçinin qeyd edib ki, nəqliyyat sahəsində ciddi çağırışlar mövcuddur və universal hüquqlar məsələsində müxtəlif baxışlar olsa da, mövcud qaydaların olması onların ümumiyyətlə olmamasından daha yaxşıdır. Nazir əlavə edib ki, fikir mübadiləsi aparmaq və çağırışları müzakirə etmək üçün müxtəlif platformalar mövcuddur və belə formatlar ümumi məqsədə nail olunmasına xidmət edir.