OPEC+ hasilatının 2026-2027-ci illər üzrə proqnozu açıqlanıb

OPEC+ hasilatının 2026-2027-ci illər üzrə proqnozu açıqlanıb

BİZNES
262

Fins.az - ABŞ Energetika İnformasiya Administrasiyası-nın mart ayı üzrə “Qısamüddətli enerji perspektivi” hesabatına əsasən, OPEC+ ölkələrinin neft və digər maye karbohidrogen hasilatı 2026-cı ildə orta hesabla gündə 43,91 milyon barel, 2027-ci ildə isə gündə 45,04 milyon barel təşkil edəcək.

Hesabata görə, 2026-cı ilin I rübündə gündəlik hasilat 42,61 milyon barel, II rübdə 43,27 milyon barel, III rübdə 44,82 milyon barel, IV rübdə isə 44,91 milyon barel proqnozlaşdırılır. 2027-ci il üzrə isə hasilat rüblük olaraq gündə 45,03–45,09 milyon barel arasında dəyişəcək.

OPEC+ martın 1-də aşağı neft ehtiyatlarına cavab olaraq 2026-cı ilin aprelindən gündəlik 206 min barel həcmində hasilatı artırmağı qərara alıb. Hesabata görə, ehtiyatların artması nəticəsində gələn il hasilatın kəskin yüksəlməsi gözlənilmir və hasilat Hörmüz boğazı ətrafındakı neft axınlarında yaranan fasilələrdən asılı olacaq.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
OPEC+ hasilatının 2026-2027-ci illər üzrə proqnozu açıqlanıb — Fins.az — Fins.az